Vaxtından əvvəl doğulan körpələrdə yaranan fəsadlar açıqlanıb

Vaxtından əvvəl doğulan körpələrdə yaranan fəsadlar açıqlanıb "Hər il bütün dünyada təxminən 15 milyon körpə vaxtından əvvəl doğulur. Ümumilikdə vaxtından əvvəl doğulma bütün doğulan uşaqların orta hesabla 11 %-ni təşkil edir".
Sağlamlıq
17 Noyabr , 2021 11:05
Vaxtından əvvəl doğulan körpələrdə yaranan fəsadlar açıqlanıb

"Hər il bütün dünyada təxminən 15 milyon körpə vaxtından əvvəl doğulur. Ümumilikdə vaxtından əvvəl doğulma bütün doğulan uşaqların orta hesabla 11 %-ni təşkil edir".

“Report” xəbər verir ki, bu fikirləri Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktoru Cəmilə Qurbanova deyib.

Onun sözlərinə görə, neonatal ölümün 35 %-i vaxtından əvvəl doğulanların payına düşür: “5 yaşdan kiçik uşaqlarda uşaq ölümünün 18 %-i vaxtından əvvəl doğulanların payına düşür”.

İnstitut direktoru bildirib ki, vaxtından əvvəl doğulmanın fəsadları arasında respirator patalogiyalar, qidalanma problemləri, serebral iflic, inkişaf pozulmaları, eşitmə və görmə problemləri yer alır.

Son xəbərlər

Orphus sistemi