ÜST rəsmisi: "İnsanlar tədbirlər görməsə, yoluxma sayı artacaq"

ÜST rəsmisi: "İnsanlar tədbirlər görməsə, yoluxma sayı artacaq" “Siz yanınızdakı insanların yoluxduğunu gördüyünüz zaman çox gec olacaq. Bunun üçün vaxtında tədbirlərin görülməsi lazımdır”.
Sağlamlıq
25 iyun 2020 14:14
ÜST rəsmisi: İnsanlar tədbirlər görməsə, yoluxma sayı artacaq

“Siz yanınızdakı insanların yoluxduğunu gördüyünüz zaman çox gec olacaq. Bunun üçün vaxtında tədbirlərin görülməsi lazımdır”.

“Report” xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

ÜST rəsimisi bildirib ki, yoluxma artımının qarşısını almaq üçün fiziki məsafə və digər tədbirlərin görülməsi çox önəmlidir: “Mən yenə də deyirəm, hər kəs özünü və yaxınlarını qorumaq üçün tədbirlər görməsə, yoluxma sayı artacaq”.

Son xəbərlər

Orphus sistemi