ÜST rəhbəri yeni pandemiyaya hazırlaşmağa çağırıb

ÜST rəhbəri yeni pandemiyaya hazırlaşmağa çağırıb Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus bildirib ki, qarşıdakı üç ay gələcək pandemiyaya hazırlıq üzrə tədbirlərin görülməsi üçün çox əhəmiyyətli olacaq.
Sağlamlıq
2943
26 Avqust , 2021 04:06
ÜST rəhbəri yeni pandemiyaya hazırlaşmağa çağırıb
Tedros Adanom Qebreyesus

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus bildirib ki, qarşıdakı bir neçə ay gələcək pandemiyaya hazırlıq üzrə tədbirlərin görülməsi üçün çox əhəmiyyətli olacaq.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

"Qarşıdakı üç ay pandemiyaya hazırlıq və reaksiyanın formalaşması üçün əhəmiyyətli kritik dövr olacaq", - o deyib.

Tedros Adanom Qebreyesus xatırladıb ki, sentyabrda BMT Baş Assambleyasının sessiyası başlayacaq, həmçinin "Böyük iyirmilik" sammiti, sonra isə noyabrda ÜST-ün xüsusi sessiyası keçiriləcək. Bu tədbirlərdə pandemiya, koronavirusa qarşı mübarizə mövzusu geniş müzakirə ediləcək.

ÜST rəhbərinin sözlərinə görə, təşkilat öz sıralarında 194 ölkəni birləşdirərək unikal qlobal mandata malikdir.

Son xəbərlər

Orphus sistemi