ÜST: "Omikron" ştamı yaxın vaxtlarda Avropada daha geniş yayıla bilər

ÜST: "Omikron" ştamı yaxın vaxtlarda Avropada daha geniş yayıla bilər Koronavirusun yeni "omikron" ştamından ölüm halı qeydə alınmayıb.
Sağlamlıq
6 Dekabr , 2021 07:38
ÜST: Omikron ştamı yaxın vaxtlarda Avropada daha geniş yayıla bilər

Hazırda koronavirusun yeni "omikron" ştamı 38 ölkədə aşkarlanıb.

"Report" "Daily Mail"ə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

ÜST xəbərdarlıq edib ki, koronavirusun bu variantının nə qədər yoluxucu olduğunu başa düşmək üçün həftələr çəkə bilər. Həmçinin alimlər xəstəliyin ağırlaşmaya səbəb olub-olmadığını və mövcud dərman və peyvəndlərin ona qarşı nə dərəcədə təsirli olduğunu müəyyən etməlidirlər.

Mütəxəssislər hesab edir ki, "omikron" yaxın bir neçə ay ərzində Avropada daha geniş yayıla bilər.

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən "omikron" adı verilən koronavirus ştamı bu ilin noyabrında Afrikanın cənubunda müəyyən edilib. Mütəxəssislərin fikrincə, bu, koronavirusun digər variantlarından daha patogen ola bilər.

Son xəbərlər

Orphus sistemi