“Nizami Gəncəvi Beynəlxalq Mərkəzindəki dostlarına ad günü arzularına görə təşəkkür edirəm. Şərəf duydum.
Sizin dəstəyiniz və tərəfdaşlığınız ÜST üçün əvəzsizdir. Biz birlikdə həssas insanları qorumaq, pandemiyaya son qoymaq və “HealthForAll”-a (Hamı üçün sağlamlıq) nail olmaq üçün birgə vizyonumuzu davam etdirə bilərik”.
“Report” xəbər verir ki, bu fikirləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus özünün tviter hesabında yazıb.
Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri daha əvvəl ÜST-lə əməkdaşlığı davam etdirmək və gücləndirmək istəklərini bildiriblər.