ÜST-dən Hindistanda yayılan ştamla bağlı açıqlama

ÜST-dən Hindistanda yayılan ştamla bağlı açıqlama Mariya van Kerkhove deyib ki, “B.1.617” ştammı koronavirusun ilkin variantından daha sürətlə yayılır
Sağlamlıq
439
11 May , 2021 09:52
ÜST-dən Hindistanda yayılan ştamla bağlı açıqlama
Mariya van Kerkhove

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun Hindistanda sürətlə yayılan üçqat mutasiya etmiş “B.1.617” ştammını narahatlıq doğuran variant adlandırıb.

“Report” “CNBC” telekanalına istinadən xəbər verir ki, bu barədə ÜST-ün COVID-19 üzrə texniki mütəxəssisi Mariya van Kerkhove bildirib.

O əlavə edib ki, tədqiqatlar “B.1.617” ştammının koronavirusun ilkin variantından daha sürətlə yayıldığını göstərib. Bundan başqa qeyd olunub ki, vaksinlər bəzi hallarda bu ştamma qarşı təsirsiz ola bilər.

Mariya van Kerkhove buna rəğmən, vaksinlərin hələ də effektiv hesab olunduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi