ÜST koronavirusun "Mu" mutasiyasını araşdırır

ÜST koronavirusun "Mu" mutasiyasını araşdırır Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-un “Mu” mutasiyası ilə bağlı araşdırmaya başlayıb.
Sağlamlıq
451
2 Sentyabr , 2021 06:23
ÜST koronavirusun Mu mutasiyasını araşdırır

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19-un “Mu” mutasiyası ilə bağlı araşdırmaya başlayıb.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Qeyd edilir ki, yeni mutasiya vaksinlərə qarşı daha davamlıdır.

“Mu” variantı, həmçinin B.1.621 kimi məşhurdur. O, təşkilatın müşahidəsi siyahısına "maraqlı variant" kimi əlavə edilib.

Yeni variant potensial immun qaçış xüsusiyyətlərinə malikdir.

İlkin məlumatlar göstərir ki, o, “beta”ya bənzər vaksinasiyadan qaça bilər, lakin mütəxəssislər bu ştamla bağlı daha çox araşdırmaya ehtiyac olduğunu bildirirlər.

“Mu” mutasiyası ilk dəfə 2021-ci ilin yanvarında Kolumbiyada aşkarlanıb. Hazırda yeni ştam azı 39 ölkədə mövcuddur.

Son xəbərlər

Orphus sistemi