ÜST koronavirusu pandemiya elan etdi

ÜST koronavirusu pandemiya elan etdi Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ koronavirusu pandemiya elan edib.
Sağlamlıq
11 Mart , 2020 20:33
ÜST koronavirusu pandemiya elan etdi
google

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ koronavirusu pandemiya elan edib. 

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə qurumun baş katibi Tedros Adanom Gebreisus Cenevrədə keçirdiyi brifinqdə məlumat verib. 

"Yaxın günlər və həftələr ərzində yoluxma hallarının, ölümlərin, infeksiyanın yayılacağı ölkələrin artacağını gözləyirik. Bu baxımdan COVİD-19-un pandemiya olaraq dəyərləndirilə biləcəyi qənaətinə gəldik", - o vurğulayıb.

Qeyd edək ki, pandemiya yoluxucu xəstəliyin ölkənin bütün ərazisində, qonşu ölkələrdə, bəzən isə dünyanın bir çox ölkəsində kütləvi şəkildə yayılmasına gətirib çıxaran ifrat güclü epidemiyadır. 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 121 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 122 235-ə çatıb. Bunların 66 993 nəfəri sağalıb, 4 391 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.

Son xəbərlər

Orphus sistemi