ÜST: Koronavirusla bağlı fövqəladə vəziyyət bu il aradan qaldırıla bilər

ÜST: Koronavirusla bağlı fövqəladə vəziyyət bu il aradan qaldırıla bilər Koronavirusla bağlı fövqəladə vəziyyət bu il aradan qaldırıla bilər.
Sağlamlıq
381
18 Yanvar , 2022 20:43
ÜST: Koronavirusla bağlı fövqəladə vəziyyət bu il aradan qaldırıla bilər

Koronavirusla bağlı fövqəladə vəziyyət bu il aradan qaldırıla bilər.

"Report" TASS-ə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fövqəladə hallar proqramının direktoru Maykl Rayan bildirib.

O, Dünya İqtisadi Forumunun vaksinlərə bərabər əlçatanlıq mövzusunda onlayn müzakirəsində iştirak edib.

"Ekosistemin bir hissəsinə çevrilən bu virus heç vaxt bitməyəcək. Ancaq səhiyyə ilə bağlı fövqəladə vəziyyətə son verə bilərik", - Rayan deyib.

O xatırladıb ki, koronavirusun yayılması ilə əlaqədar fövqəladə vəziyyət ÜST-ün baş direktoru tərəfindən 2020-ci ilin yanvarın sonunda elan edilib və o vaxtdan bəri dəfələrlə uzadılıb.

Rayanın sözlərinə görə, əsas problem koronavirus deyil, cəmiyyətin ona necə reaksiya verməsidir. Bu baxımdan, Rayan dünyada peyvəndlərə çıxışın qeyri-bərabərliyinə diqqət çəkib ki, bu da yalnız ölkələr arasında deyil, ölkələr daxilində də özünü göstərir.

Son xəbərlər

Orphus sistemi