ÜST koronavirusdan sağalanların da aşılanmasını tövsiyə edib

ÜST koronavirusdan sağalanların da aşılanmasını tövsiyə edib Ekspert: "Əvvəllər yoluxmuşdunuzsa və indi peyvənd olunursunuzsa, bu, sadəcə immunitet reaksiyasını artırıcı rolunu oynayır”
Sağlamlıq
131
15 Fevral , 2021 17:37
ÜST koronavirusdan sağalanların da aşılanmasını tövsiyə edib

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusdan sağalan şəxslərin peyvənd olunmasını tövsiyə edir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ÜST-nin baş elmi əməkdaşı Sumya Svaminatan bildirib.

“COVID-19-dan sağalanların əksəriyyətində immunitet reaksiyası yaranır. Lakin bəzi xəstələrdə bu, elə də güclü deyil. Söhbət xəstəliyi çox yüngül keçirən və bəzən hətta yoluxduğundan xəbərsiz olanlardan gedir. Buna görə də daha əvvəl yoluxub-yoluxmadığınızdan asılı olmayaraq, peyvənd vurdurmağınızı tövsiyə edirik”, - o deyib.

“Müsbət məqam ondan ibarətdir ki, immunitet sistemi analoji antigeni və zülalı tanıyır. Buna görə də əvvəllər yoluxmuşdunuzsa və indi peyvənd olunursunuzsa, bu, sadəcə immunitet reaksiyasını artırıcı rolunu oynayır”, - ekspert bildirib.

Bununla belə Svaminatan ÜST-nin hələ koronavirus infeksiyasına qarşı yaranmış immunitetin nə qədər müddət orqanizmdə qaldığına cavabının olmadığını söyləyib. O, hələlik yalnız böyüklərin aşılanmalı olduğunu, uşaqlarla bağlı testlərin yaxın zamanlarda başlayacağını da sözlərinə əlavə edib.

Son xəbərlər

Orphus sistemi