ÜST hökumətləri lokal qapanmalar tətbiq etməyə çağırdı

ÜST hökumətləri lokal qapanmalar tətbiq etməyə çağırdı “Önümüzdəki günlərdə və aylarda artıq yeni normal həyata dönmək üçün bütün ölkələrin yollar axtarması lazımdır".
Sağlamlıq
20 Avqust , 2020 14:52
ÜST hökumətləri lokal qapanmalar tətbiq etməyə çağırdı
Hande Harmancı

“Önümüzdəki günlərdə və aylarda artıq yeni normal həyata dönmək üçün bütün ölkələrin yollar axtarması lazımdır. Bundan sonra da xəstəliyə yoluxmanın qarşısının alınması üçün bütün qaydalardan istifadə edilməlidir. İnsanlar gigiyenik qaydalarına riayət etməli, ara məsafələri saxlamalıdırlar”.

"Report" xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

Onun sözlərinə görə, bunlar edildikdə ölkələr və hökumətlər ümumiyyətlə, sərtləşdirilmiş karantin rejimi kimi tədbirlərin tətbiqinin əvəzinə yerli, bölgələrə, kəndlərə xas tədbirlər görərək bu xəstəliklə mübarizəni apara biləcəklər: “Ümid edirik ki, bundan sonra ÜST olaraq bütün ölkə miqyasında deyil, lazımı və əhali arasında xəstəliyin yayıldığı yerlərdə yerli, lokal qapanmaları tətbiq edərək bu xəstəliklə mübarizəni aparacağıq”.

Son xəbərlər

Orphus sistemi