ÜST-dən “AstraZeneca” ilə bağlı açıqlama

ÜST-dən “AstraZeneca” ilə bağlı açıqlama ÜST “AstraZeneca” vaksininin üstünlüklərinin onun risklərindən çox olduğunu və vaksinasiyanın davam etdirilməsini tövsiyə edir
Sağlamlıq
365
18 Mart , 2021 09:56
ÜST-dən “AstraZeneca” ilə bağlı açıqlama

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bir sıra ölkələrdə, xüsusilə Avropada “AstraZeneca” vaksininin tətbiq olunmasının dayandırılması fonunda peyvəndin təhlükəsizliyinə dair açıqlama yayıb.

“Report” xəbər verir ki, açıqlama qurumun rəsmi saytında dərc olunub.

“Avropa İttifaqındakı bəzi ölkələr “AstraZeneca” COVID-19 peyvəndini aşılanmış şəxslərdə nadir görülən qan laxtalanması pozuntuları xəbərdarlıqlarına görə ehtiyat tədbiri olaraq istifadəsini müvəqqəti dayandırıb. Aİ-nin digər ölkələri eyni məlumatları nəzərə alaraq immunizasiya proqramlarında peyvənd tətbiq etməyə davam etməyə qərar veriblər.

COVID-19-a qarşı peyvənd digər səbəblərdən qaynaqlanan xəstəlik və ya ölüm hallarını azaltmayacaq. Tromboembolik faktların tez-tez baş verdiyi bəllidir. Venoz tromboembolizm dünyada ən çox görülən üçüncü ürək-damar xəstəliyidir.

Geniş aşılanma kampaniyaları çərçivəsində ölkələr adətən immunizasiyadan sonra mümkün yan təsirlər barədə siqnal verirlər. Bunun məhz vaksiyanasiya əlaqədar olması demək deyil, ancaq bunları araşdırmaq yaxşı bir təcrübədir. Bu həm də müşahidə sisteminin işləkliyi və effektiv nəzarət tədbirlərinin gerçəkləşdirilməsinin göstəricisidir.

ÜST COVID-19-a qarşı peyvəndin təhlükəsizliyi ilə bağlı son məlumat üçün Avropa Dərman Agentliyi və dünyanın tənzimləyiciləri ilə mütəmadi əlaqə saxlayır. ÜST-ün COVID-19 üzrə alt komitəsi olan Qlobal peyvənd təhlükəsizliyi üzrə məşvərət komitəsi “AstraZeneca” peyvəndi üçün mövcud son təhlükəsizlik məlumatlarını diqqətlə nəzərdən keçirir. Bu araşdırma başa çatdıqdan sonra ÜST nəticələri dərhal ictimaiyyətə açıqlayacaq.

Hazırda ÜST “AstraZeneca” vaksininin üstünlüklərinin onun risklərindən çox olduğunu və vaksinasiyanın davam etdirilməsini tövsiyə edir”, - açıqlamada bildirilib.

Qeyd edək Baş nazir Əli Əsədovun imzaladığı sərəncama əsasən Azərbaycan İsveçdən 432 min doza “AztraZeneca” vaksini alacaq.

Son xəbərlər

Orphus sistemi