ÜST: "Bu ilin sonuna kimi Ebola virusu təhlükəsi aradan qaldırılacaq"

ÜST: "Bu ilin sonuna kimi Ebola virusu təhlükəsi aradan qaldırılacaq" Bu günə kimi Qərbi Afrikanın 3 bölgəsində təxminən 27 786 nəfərdə Ebola virusu aşkar olunub
Sağlamlıq
5 Avqust , 2015 10:45
ÜST: Bu ilin sonuna kimi Ebola virusu təhlükəsi aradan qaldırılacaq

Bakı. 5 avqust. REPORT.AZ/ Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu ilin sonuna kimi Ebola virusu təhlükəsinin aradan qaldırılacağı haqda bəyanat yayıb. "Report" xarici mətbuata istinadən xəbər verir ki, bunu ÜST-ün baş direktor müavini Brus Aylvard deyib.

O bildirib ki, virus təhlükəsinin davam etdiyi Qərbi Afrikada keçən həftə yalnız iki insanda epidemiyaya yoluxma halı aşkar olunub: "Buna görə də virusun olma riski hələlik davam edir. Lakin virus təhlükəsinin il sonuna kimi aradan qaldırılmasını hədəfləmişik".

Xatırladaq ki, ÜST-ün yaydığı son statistikaya əsasən, Qərbi Afrikanın 3 bölgəsində təxminən 27 786 nəfərdə Ebola virusu aşkar olunub və epidemiyadan bu günə kimi 11 294 nəfər ölüb. 

Son xəbərlər

Orphus sistemi