ÜST: Bir gündə 12 minə yaxın şəxs pandemiyanın qurbanı olub

ÜST: Bir gündə 12 minə yaxın şəxs pandemiyanın qurbanı olub Dünyada COVID-19-a yoluxanların sayı 80,77 milyon nəfəri ötüb
Sağlamlıq
30 dekabr 2020 21:08
ÜST: Bir gündə 12 minə yaxın şəxs pandemiyanın qurbanı olub

Dünyada COVID-19-a yoluxanların sayı 80,77 milyon nəfəri ötüb

“Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Təşkilatın məlumatına görə, dünyada koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 80 773 033 təşkil edir. Qeyd edilir ki, pandemiya ərzində dünyada koronavirusdan ümumilikdə 1 783 619 insan ölüb.

Dünyada COVID-19-a yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı bir gün ərzində 563 983 nəfər təşkil edib. Son sutkada mülaicə alan daha 11 784 pasiyent təhlükəli infeksiyadan ölüb.

Son 24 saat ərzində infeksiyaya yoluxanların 44 faizindan çoxu Avropada (251 900), daha sonra Şimali və Cənubi Amerika (236 660), ardından isə Cənub-Şərqi Asiyada (31 467) qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi