Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropa ölkələrində təsdiq olunan COVID-19-dan 2 milyondan artıq ölüm halı qeydə alıb.
“Report” xəbər verir ki, bu barədə ÜST-ün Avropa Regional Bürosunun press-relizində məlumat verilib.
“Avropa regionunda yoluxma hallarının sayı azalsa da, o, çox yüksək olaraq qalır və COVID-19 bizə SARS-CoV-2-nin xüsusən də peyvənd olunmamış və klinik cəhətdən həssas insanlar üçün hələ də öldürücü virus olduğunu xatırladır”, - məlumatda deyilir.
Təşkilatın ekspertlərinin fikrincə, ən həssas təbəqələri qorumaq, virusa və onun yayılmasına nəzarəti davam etdirmək lazımdır.