Bakı. 23 yanvar. REPORT.AZ/ Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycan hökuməti ilə əməkdaşlıq çərçivəsində uşaqlara qarşı şiddət və zorakılığın qarşısının alınması ilə bağlı "dəyirmi masa" keçirib.
"Report"un xəbərinə görə, tədbirdə
ÜST-un məlumatına görə, ötən il dünyada 2-17 yaş arası bir milyarda yaxın uşaq fiziki, cinsi və ya psixoloji zorakılığa, yaxud laqeyd münasibətə məruz qalıb: "Uşaqlıq çağında zorakılığa məruz qalmaq sağlamlığa və rifaha ömürlük öz təsirini göstərir".
Azərbaycanda fəaliyyət göstərən Uşaq Qaynar Xəttinin ötən ilin yekunları ilə bağlı hesabatına görə 2018-ci il ərzində quruma uşaqların zorakılığa məruz qalması ilə bağlı 3581 müraciət daxil olub.
Qeyd edək ki, Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 2030-cu ilə olan gündəliyinin icrasını təsdiqləyib. Gündəliyin 16.2 maddəsinin hədəfi uşaqların istismarı, alveri, onlara qarşı hər cür zorakılığa və işgəncəyə son verməyi nəzərdə tutur.