UNİCEF-in təmsilçisi: "Azərbaycanda özəl şirkətlər analarla bağlı qanunvericiliyin tələblərinə riayət etmir"

UNİCEF-in təmsilçisi: "Azərbaycanda özəl şirkətlər analarla bağlı qanunvericiliyin tələblərinə riayət etmir" "Bəzi insanlar ana südünün körpə üçün faydasının nədən ibarət olduğunu bilmir"
Sağlamlıq
2 Oktyabr , 2017 11:40
UNİCEF-in təmsilçisi: Azərbaycanda özəl şirkətlər analarla bağlı qanunvericiliyin tələblərinə riayət etmir
Report/ Orkhan Azim

Bakı. 2 oktyabr. REPORT.AZ/ "UNİCEF və Səhiyyə Nazirliyinin ana südü ilə qidalanmanın göstəricilərinin aşağı olma səbəbləri ilə bağlı çevik qiymətləndirilməsi nəticəsində məlum olub ki, bəzi insanlar ana südünün körpə üçün faydasının nədən ibarət olduğunu bilmir".

"Report" xəbər verir ki, bunu UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbərinin müavini Min Yuan deyib.

O qeyd edib ki, səhiyyə müəssisələrində analara həkimlər tərəfindən verilən məlumatlarla süni qidaların reklamlarındakı məlumatlar arasında ziddiyyət var və bu da analarda çaşqınlıq yaradır: "Ana südü ilə qidalanma uşağın ilk peyvəndi hesab olunur və onu bir sıra ciddi xəstəliklərdən qoruyur. Bundan başqa, bu gün anaların ölümünə səbəb olan döş və yumurtalıq xərçəngindən qoruyur.

Uşaqların ana südü ilə qidalandırması asan proses deyil. Analar qidalanmadan əlavə iş, təhsil, ailəyə diqqət kimi önəmli məsələlərlə məşğuldurlar. Bunu nəzərə alaraq körpənin ana südü ilə qidalanması üçün cəmiyyətin bütün üzvləri anaya dəstək verilməlidir.

Hazırda Azərbaycanda analara doğuşdan iki ay əvvəl, doğuşdan iki ay sonra məzuniyyət verilir. Bu isə uşağın ilk 6 ay ərzində ana südü ilə qidalanması üçün yetərli deyil. Bundan əlavə, bir çox süni uşaq qidası satan şirkətlər onun təbliğatını güclü aparır. Bu isə ana südü ilə qidalanma göstəricisinə mənfi təsir edir. Digər tərəfdən, özəl şirkətlər də qanunvericiliyin tələblərinə riayət etmir".

Son xəbərlər

Orphus sistemi