Ukraynanın Baş nazirinin müavini koronavirusa yoluxdu

Ukraynanın Baş nazirinin müavini koronavirusa yoluxdu Ukraynanın Baş nazirin müavini, Donetsk kömür hövzəsində vəziyyətin nizama salınması üzrə əlaqə qrupunda Kiyevin nümayəndə heyətinin başçısının müavini Aleksey Reznikov bildirib ki, onda koronavirus aşkarlanıb.
Sağlamlıq
781
11 Noyabr , 2020 21:52
Ukraynanın Baş nazirinin müavini koronavirusa yoluxdu
Aleksey Reznikov

Ukraynanın Baş nazirinin müavini, Donetsk kömür hövzəsində vəziyyətin nizama salınması üzrə əlaqə qrupunda Kiyevin nümayəndə heyətinin başçısının müavini Aleksey Reznikov bildirib ki, onda koronavirus aşkarlanıb.

"Report" xəbər verir ki, bu barədə o, sosial şəbəkədə yazıb.

"Bazar ertəsi axşam (noyabrın 9-da-red) özümü təcridetmədəyəm. Bu gün testin nəticələrini aldım. Müsbətdir. Özümü normal hiss edirəm", - deyə o feysbukdakı hesabında yazıb.

Bir qədər əvvəl Ali Radanın spikeri Dmitri Razumkov da həmçinin feysbukda bildirib ki, ona koronavirus diaqnozu qoyulub.

Reznikov çərşənbə günü Ukrayna hökumətinin iclasında iştirak edib.

Son xəbərlər

Orphus sistemi