Türkiyənin tanınmış tibb şəbəkəsinin rəhbəri: "Azərbaycan səhiyyəsi çox yaxşı inkişaf edir"

Türkiyənin tanınmış tibb şəbəkəsinin rəhbəri: "Azərbaycan səhiyyəsi çox yaxşı inkişaf edir" "Dünyanın bir çox ölkələrinin səhiyyə sistemindən məlumatlıyam. Azərbaycan səhiyyəsi, həqiqətən, çox yaxşı inkişaf edir".
Sağlamlıq
29 İyun , 2022 12:10
Türkiyənin tanınmış tibb şəbəkəsinin rəhbəri: Azərbaycan səhiyyəsi çox yaxşı inkişaf edir
Muharrem Usta

"Dünyanın bir çox ölkələrinin səhiyyə sistemindən məlumatlıyam. Azərbaycan səhiyyəsi, həqiqətən, çox yaxşı inkişaf edir".

Bunu "Report"a açıqlamasında “LIV Medical Group” tibb şəbəkəsinin rəhbəri Muharrem Usta deyib.

"Bona Dea Beynəlxalq Xəstəxanası dünya miqyaslı səhiyyə ocağıdır. Odur ki, imzaladığımız müqavilə də uzunmüddətlidir. Biz bu gün uzun bir yola çıxırıq. Məqsədimiz Azərbaycan səhiyyəsini region üçün əsas baza etməkdir. Düşünürəm ki, bu, Azərbaycan səhiyyəsi üçün də böyük perspektivlər deməkdir", - o bildirib.

Xatırladaq ki, bu gün Azərbaycanın Bona Dea Beynəlxalq Xəstəxanası ilə Türkiyənin bütün dünyada tanınan “LIV Medical Group” tibb şəbəkəsi arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Son xəbərlər

Orphus sistemi