Türkiyə nümayəndələri AQTİ laboratoriyalarına baş çəkəcək

Türkiyə nümayəndələri AQTİ laboratoriyalarına baş çəkəcək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) qabaqcıl ölkələrin təcrübəsinin öyrənilməsi, habelə qarşılıqlı bilik və təcrübə mübadiləsinin həyata keçirilməsi məqsədilə beynəlxalq təşkilatlarla əməkdaşlığının genişləndirilməsi istiqamətində işləri davam
Sağlamlıq
15 Oktyabr , 2021 15:15
Türkiyə nümayəndələri AQTİ laboratoriyalarına baş çəkəcək

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) qabaqcıl ölkələrin təcrübəsinin öyrənilməsi, habelə qarşılıqlı bilik və təcrübə mübadiləsinin həyata keçirilməsi məqsədilə beynəlxalq təşkilatlarla əməkdaşlığının genişləndirilməsi istiqamətində işləri davam etdirir.

AQTİ-dən "Report"a verilən məlumata görə, əməkdaşlıq əlaqələrinin müzakirəsi və məlumat mübadiləsinin həyata keçirilməsi məqsədilə oktyabrın 14-də AQTİ ilə “Ferrero” şirkətinin Keyfiyyətə nəzarət departamentinin nümayəndələri arasında görüş keçirilib.

Görüş çərçivəsində tərəflər analiz nümunələrinin qəbulu, idarə edilməsi üzrə əməkdaşlıq əlaqələrinin qurulması və Türkiyə Respublikasının təcrübəsinin öyrənilməsi, o cümlədən gələcəkdə qarşı tərəfin nümayəndələrinin AQTİ laboratoriyalarına səfərlərinin təşkil edilməsi ilə bağlı razılığa gəliblər.

Son xəbərlər

Orphus sistemi