Tümendə xəstələr Azərbaycan nefti ilə müalicə olunacaqlar

Tümendə xəstələr Azərbaycan nefti ilə müalicə olunacaqlar Bu neft ginekoloji və uroloji xəstəliklərin müalicəsi üçün faydalıdır
Sağlamlıq
23 Mart , 2017 01:06
Tümendə xəstələr Azərbaycan nefti ilə müalicə olunacaqlar

Bakı. 23 mart. REPORT.AZ/ Rusiyanın Tümen şəhərində xəstələr Azərbaycanın Naftalan rayonundan gətiriləcək neft ilə müalicə olunacaqlar.

"Report" xəbər verir ki, bu barədə yerli mətbuat yazıb.

Bildirilir ki, Naftalan neftindən 1 saylı Kliniki Xəstəxananın nəzdindəki Bərpa Mərkəzində istifadə olunacaq.

Mərkəzdən qeyd olunub ki, bu neft ginekoloji və uroloji xəstəliklərin müalicəsi zamanı çox faydalıdır. Bununla yanaşı, neft dəri və damarlara müsbət təsir göstərir.

Son xəbərlər

Orphus sistemi