Tovuzda istehlaka yararsız 153 kq qida məhsulunun satışı qadağan edilib

Tovuzda istehlaka yararsız 153 kq qida məhsulunun satışı qadağan edilib Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Tovuz rayonu, İbrahim Hacılı kəndində qanunsuz fəaliyyət göstərən ərzaq satışı mağazasına baxış keçirib.
Sağlamlıq
2333
28 İyul , 2021 15:21
Tovuzda istehlaka yararsız 153 kq qida məhsulunun satışı qadağan edilib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Tovuz rayonu, İbrahim Hacılı kəndində qanunsuz fəaliyyət göstərən ərzaq satışı mağazasına baxış keçirib.

AQTA-dan "Report"a verilən məlumata görə, yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi üzrə dövlət qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, texniki normativ sənədlərin tələblərinin kobud şəkildə pozulduğu müəyyən olunub.

Belə ki, mağazada ümumi çəkisi 153 kq olan 44 adda, müxtəlif çeşiddə istifadə müddəti bitmiş yeyinti məhsullarının (şirniyyat, meyvə şirəsi, qazlı içki, konservləşdirilmiş balıq məhsulu və şokolad yağı) satışının həyata keçirildiyi aşkar edilib. Aşkar olunmuş faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, istehlaka yararsız 153 kq qida məhsulunun satışı qadağan edilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da alınacaq.

Son xəbərlər

Orphus sistemi