Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın zamanı tüstüdən zəhərlənənlər evə buraxılıb - YENİLƏNİB-2

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın zamanı tüstüdən zəhərlənənlər evə buraxılıb - YENİLƏNİB-2 Bakı. 25 fevral. REPORT.AZ/ “Bakıda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində tüstüdən zərər çəkərək 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilən şəxslərin hamısı evə buraxılıb.
Sağlamlıq
25 Fevral , 2019 15:50
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın zamanı tüstüdən zəhərlənənlər evə buraxılıb - YENİLƏNİB-2

Bakı. 25 fevral. REPORT.AZ/ “Bakıda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində tüstüdən zərər çəkərək 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilən şəxslərin hamısı evə buraxılıb. 

Bu barədə “Report”a Səhiyyə Nazirliyindən məlumat verilib.


*** 15:19

Bakıda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində tüstüdən zəhərlənən daha iki nəfər 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib.

Səhiyyə Nazirliyindən “Report”a verilən məlumata görə, onlardan biri 3 aylıq körpə və 43 yaşlı kişidir.

Həkimlər onların vəziyyətlərini orta ağır kimi qiymətləndirirlər. 


*** 15:03

Bakıda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı tüstüdən zəhərlənən iki qadın 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib.

Bu barədə “Report”a Səhiyyə Nazirliyindən məlumat verilib.

Həkimlər 26 və 53 yaşlı iki qadının vəziyyətlərini orta ağır kimi qiymətləndirirlər.  

Onların həyatları üçün təhlükə yoxdur. 

Son xəbərlər

Orphus sistemi