Tibb Universitetinin kafedra müdiri vəfat edib

Tibb Universitetinin kafedra müdiri vəfat edib Tibb Universitetinin kafedrasının müdiri vəfat edib.
Sağlamlıq
23 iyun 2023 07:25
Tibb Universitetinin kafedra müdiri vəfat edib

Azərbaycan Tibb Universitetinin I Uşaq Xəstəlikləri kafedrasının müdiri, tibb elmlər doktoru, professor Səfixan Həsənov vəfat edib.

Bu barədə "Report"a ali məktəbdən bildirilib.

ATU rəhbərliyi mərhumun yaxınlarına başsağlığı verib.

Qeyd edək ki, Səfixan Şamil oğlu Həsənov 1988-ci ildə namizədlik, 1996-cı ildə doktorluq dissertasiyası müdafiə edib. O, 1999-cu ildən Azərbaycan Tibb Universitetinin Neonatologiya kafedrasının professoru, 2005-2012-ci illərdə K.Y.Fərəcova adına ET Pediatriya İnstitutunun elmi işlər üzrə direktor müavini, 2010-2016-cı illərdə Neonatologiya kafedrasının müdiri vəzifələrində çalışıb. 2017-ci ildə ATU-nun I Uşaq Xəstəlikləri kafedrasının müdir seçilib.

Son xəbərlər

Orphus sistemi