Təbiətin səslərini dinləmək yuxuya getməyi asanlaşdırır və yuxunu uzadır

Təbiətin səslərini dinləmək yuxuya getməyi asanlaşdırır və yuxunu uzadır Sasseks Universitetinin tədqiqatçıları yatmazdan əvvəl təbiət səslərinə və ya audio hekayələrə qulaq asmağın yuxunu yarım saat artıra biləcəyini müəyyən ediblər.
Sağlamlıq
26 Mart , 2023 02:49
Təbiətin səslərini dinləmək yuxuya getməyi asanlaşdırır və yuxunu uzadır

Sasseks Universitetinin tədqiqatçıları yatmazdan əvvəl təbiət səslərinə və ya audio hekayələrə qulaq asmağın yuxunu yarım saat artıra biləcəyini müəyyən ediblər.

“Report” xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Tədqiqatda 300 nəfər iştirak edib. Onlar narahatlıq, yuxululuq, yorğunluq və iş məhsuldarlığı ilə bağlı anketləri doldurdublar.

Təxminən 180 nəfər yatmazdan əvvəl proqramlar vasitəsilə təbiət səslərinə (yağış damcılarının düşməsi və ya yanğının çıtırtısı) və ya audio hekayələrə qulaq asıblar.

Tədqiqatın başlanğıcında orta yuxu müddəti 6 saat 15 dəqiqə olub. Tədqiqatın sonunda yatmaq müddəti 30 dəqiqə artıb. Eyni zamanda yuxuya getmək üçün lazım olan vaxt da azalıb.

Araşdırmada iştirak edənlərin iş fəaliyyəti də yaxşılaşıb.

Son xəbərlər

Orphus sistemi