TƏBİB: Yoluxanların sayı ilə sağalanların sayı, demək olar, eyniləşib

TƏBİB: Yoluxanların sayı ilə sağalanların sayı, demək olar, eyniləşib “Yoluxma sayı ilə sağalanların sayı, demək olar, eyniləşib. Ehtiyatla olsa da, deyə bilərik ki, sabitləşmə var. Sağalanlarla yoluxanların sayı arasında kəskin fərq azalmağa doğru gedir”.& & “Report” xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə
Sağlamlıq
10 İyul , 2020 17:09
TƏBİB: Yoluxanların sayı ilə sağalanların sayı, demək olar, eyniləşib

“Yoluxma sayı ilə sağalanların sayı, demək olar, eyniləşib. Ehtiyatla olsa da, deyə bilərik ki, sabitləşmə var. Sağalanlarla yoluxanların sayı arasında kəskin fərq azalmağa doğru gedir”. 
 
“Report” xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

TƏBİB rəsmisi qeyd edib ki, bu da qoyulan qaydalara ciddi əməl edilməsi ilə əlaqəlidir:

“Bunu ictimai nəqliyyatda və marketlərdə də görürük. Xəstəliyin ağırlaşma dərəcəsinə inananlar da çoxalıb. Nə qədər həkimlər çalışsa da, qayda-qanun olsa da, əlbir olmasaq, xəstəliyə qalib gəlmək olmaz”.

Son xəbərlər

Orphus sistemi