İnsult keçirən Xalq artisti Ənvər Həsənovun vəziyyəti stabildir

İnsult keçirən Xalq artisti Ənvər Həsənovun vəziyyəti stabildir Xalq artisti Ənvər Həsənovun vəziyyəti stabildir.
Sağlamlıq
20 Yanvar , 2025 13:16
İnsult keçirən Xalq artisti Ənvər Həsənovun vəziyyəti stabildir
Ənvər Həsənov

Xalq artisti Ənvər Həsənovun vəziyyəti stabildir.

Bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən bildirib.

Məlumata görə, iki gün bundan əvvəl vəziyyəti stabilləşən Xalq artisti tibb müəssisəsinin Nevrologiya şöbəsinə köçürülüb: "Hazırda həmin şöbədə müalicəsi davam etdirilir, vəziyyəti stabil olaraq qiymətləndirilir".

Qeyd edək ki, yanvarın 10-da Xalq artisti Ənvər Həsənov halının pisləşməsi səbəbilə Xəzər Tibb Mərkəzinin Terapiya şöbəsinə hospitalizasiya olunub. Ona dəqiqləşdirilməmiş anemiya diaqnozu təyin edilib və ilkin zəruri tibbi xidmət göstərilib.

Yanvarın 17-də isə vəziyyətinin ağırlaşması səbəbilə Reanimasiya şöbəsinə köçürülüb. Aparılan diaqnostik müayinələr nəticəsində ona kəskin işemik insult diaqnozu təyin olunub.

Son xəbərlər

Orphus sistemi