TƏBİB: Kütləvi şəkildə idarələrdə testlərin aparılması tövsiyə olunmur

TƏBİB: Kütləvi şəkildə idarələrdə testlərin aparılması tövsiyə olunmur “PCR testlərinin aparılması yaxşı olardı ki, sipmtomları olan xəstələr arasında aparılsın. Xəsəliyi yüngül keçirən şəxslər isə evdə izolyasiya olunsa daha məqsədəuyğundur".
Sağlamlıq
10 İyul , 2020 17:44
TƏBİB: Kütləvi şəkildə idarələrdə testlərin aparılması tövsiyə olunmur

“PCR testlərinin aparılması yaxşı olardı ki, simptomları olan xəstələr arasında aparılsın. Xəstəliyi yüngül keçirən şəxslər isə evdə izolyasiya olunsa, daha məqsədəuyğundur".

“Report” xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Y.Qarayeva qeyd edib ki, PCR yaxma formasında olur:

“Xəstəliyin və yoluxmanın günündən asılı olaraq nəticələr dəyişir. Ona görə də kütləvi şəkildə idarələrdə PCR testinin aparılması narahatlığa səbəb ola bilər və tövsiyə olunmur. Tövsiyəmiz odur ki, iş yerlərində gigiyenik qaydalara əməl edilsin və sosial məsafəyə düzgün riayət edilsin”.

Son xəbərlər

Orphus sistemi