TƏBİB koronavirusla bağlı son vəziyyəti açıqlayıb

TƏBİB koronavirusla bağlı son vəziyyəti açıqlayıb İyulun 23-də Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 829 test aparılıb. Ötən müddət ərzində aparılan testlərin sayı 658 782-yə çatıb.
Sağlamlıq
2697
23 İyul , 2020 22:34
TƏBİB koronavirusla bağlı son vəziyyəti açıqlayıb

İyulun 23-də Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 829 test aparılıb. Ötən müddət ərzində aparılan testlərin sayı 658 782-yə çatıb.

Bu barədə “Report”a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Hazırda müalicəsi davam etdirilən aktiv koronavirus xəstələrinin sayı 7 615-ə bərabərdir. Xəstələrdən 330 nəfəri reanimasiyadadır ki, onlardan da 66-sı süni tənəffüs cihazına qoşulub.

Xatırladaq ki, iyulun 23-də Azərbaycanda koronavirus infeksiyasına daha 347 yoluxma faktı qeydə alınıb, 531 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

Orphus sistemi