TƏBİB-in şöbə müdiri: "Meymunçiçəyi koronavirus qədər yüksək yoluxduruculuğa malik deyil"

TƏBİB-in şöbə müdiri: "Meymunçiçəyi koronavirus qədər yüksək yoluxduruculuğa malik deyil" "Meymunçiçəyi virusu koronavirus qədər yüksək yoluxduruculuğa malik deyil".
Sağlamlıq
27 May , 2022 17:43
TƏBİB-in şöbə müdiri: Meymunçiçəyi koronavirus qədər yüksək yoluxduruculuğa malik deyil

"Meymunçiçəyi virusu koronavirus qədər yüksək yoluxduruculuğa malik deyil".

“Report” xəbər verir ki, bunu TƏBİB-in İnfeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva deyib.

Onun sözlərinə görə, virusun yoluxdurucu olması üçün şərtlər var: “Səpgilərlə yanaşı, limfa düyünlərinin şişməsi baş verir. Bu da meymunçiçəyi üçün xarakterikdir. Çünki insanlar yoluxduqda özlərini izolyasiya etməyə çalışırlar. Bu da prosesin pandemiyaya çevirilməsinin qarşısını alır. Meymunçiçəyi virusuna yoluxma üçün sıx və çox yaxın, yəni ən azından dəri səthində olan yaralarla təmas olmalıdır”.

Son xəbərlər

Orphus sistemi