TƏBİB: Hazırda Azərbaycanda tibb heyəti ilə bağlı kadr çatışmazlığı yoxdur

TƏBİB: Hazırda Azərbaycanda tibb heyəti ilə bağlı kadr çatışmazlığı yoxdur "Əgər lazm olarsa, daha çox həkimləricəlb etməyə çalışacağıq. Ancaq hazırda Azərbaycanda tibb heyəti ilə bağlı kadr çatışmazlığı yoxdur. Xaricdən həkimlərin gətirilməsi dövlətin təşəbbüsü ilə təcrübələrin bölüşdürülməsi üçün edilib".
Sağlamlıq
772
31 İyul , 2020 15:49
TƏBİB: Hazırda Azərbaycanda tibb heyəti ilə bağlı kadr çatışmazlığı yoxdur

"Əgər lazm olarsa, daha çox həkimləri cəlb etməyə çalışacağıq. Ancaq hazırda Azərbaycanda tibb heyəti ilə bağlı kadr çatışmazlığı yoxdur. Xaricdən həkimlərin gətirilməsi dövlətin təşəbbüsü ilə təcrübələrin bölüşdürülməsi üçün edilib".

“Report” xəbər verir ki, bu fikirləri TƏBİB-in Tibbi Xidmətlər Departamentinin rəhbəri Firəngiz Əliyeva ÜST-nin missiyasının yekunlarına dair keçirilən virtual mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bütün dünyada belə praktika var: “Koronavirus xəstəliyi yeni olduğundan ölkələr içərisində fərqli müalicə yanaşmaları var. Ölkəmizə xaricdən gələn həkimlərlə bərabər iş başında praktikanın bölüşdürülməsinə, öyrənilməsinə çalışılır. Virusun özünün necə aparacağını və hansı ölkədə necə olacağını demək mümkün deyil. Biz hazırlıqlı olmağa çalışırıq”.