TƏBİB: Bəzi tibb işçilərinə istirahət verilib

TƏBİB: Bəzi tibb işçilərinə istirahət verilib “Pandemiya fövqəladə bir vəziyyət hesab olunur. Heç bir ölkənin səhiyyə sistemi bu vəziyyətə hazır olmayıb. Ona görə də bütün həkim heyəti virusla mübarizəyə cəlb olunur”.
Sağlamlıq
21 Avqust , 2020 17:18
TƏBİB: Bəzi tibb işçilərinə istirahət verilib
0 : 00
0 : 00

“Pandemiya fövqəladə bir vəziyyət hesab olunur. Heç bir ölkənin səhiyyə sistemi bu vəziyyətə hazır olmayıb. Ona görə də bütün həkim heyəti virusla mübarizəyə cəlb olunur”.

"Report" xəbər verir ki, bu fikirləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

“Biz payız-qış mövsümünə ciddi şəkildə hazırlaşırıq. Bəzi tibb işçilərinə istirahət verilib ki, qarşıdan gələn mövsümə hazırlıqlı olsunlar”, - o bildirib.

Son xəbərlər

Orphus sistemi