TƏBİB: Tibbi maskaların istifadəsində bəhanə ola bilməz

TƏBİB: Tibbi maskaların istifadəsində bəhanə ola bilməz Metronun açılmasından sonra yoluxma hallarının artması ilə bağlı məlumat daxil olmayıb.
Sağlamlıq
15 May , 2020 18:25
TƏBİB: Tibbi maskaların istifadəsində bəhanə ola bilməz

"Metronun açılmasından sonra yoluxma hallarının artması ilə bağlı məlumat daxil olmayıb".

“Report” xəbər verir ki, bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, adətən lokal xarakterli yoluxmalar olub: "Hər zaman demişik ki, ikinci dalğa ola bilər. Önəmli olan vətəndaşların sosial məsuliyyətə ciddi əməl etməsidir. Tibbi maskaların istifadəsində bəhanə ola bilməz. Evdə də belə maskalar tikilə bilər. Bunun üçün təlimatlar hazırlanıb".

Son xəbərlər

Orphus sistemi