TƏBİB-in sədri: "Xəstəlikdən sağalan donorların müayinəsi tamamlanıb"

TƏBİB-in sədri: "Xəstəlikdən sağalan donorların müayinəsi tamamlanıb" Bu günə qədər Azərbaycanda koronavirus pandemiyası ilə bağlı 150 minə yaxın test həyata keçirilib.
Sağlamlıq
1 May , 2020 17:16
TƏBİB-in sədri: Xəstəlikdən sağalan donorların müayinəsi tamamlanıb
Ramin Bayramlı / Report

"Bu günə qədər Azərbaycanda koronavirus pandemiyası ilə bağlı 150 minə yaxın test həyata keçirilib".

"Report" xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

TƏBİB sədri bildirib ki, bütün məlumat bazası elektronlaşdırılıb:

"Erkən müalicəyə cəlb edilmə nəticəsində xəstəliyə yoluxanların sayında azalma nəzərə çarpır. Xəstəlikdən sağalan donorların müayinəsi tamamlanıb və sabahdan etibarən plazmalar alınaraq pasportlaşdırılacaq".

O qeyd edib ki, hazırda ağır xəstələrin müalicəsi davam edir.

Son xəbərlər

Orphus sistemi