TƏBİB: Gəncədə epidemiyanın qarşısını almaq mümkün olub

TƏBİB: Gəncədə epidemiyanın qarşısını almaq mümkün olub Hazırda Azərbaycanda pandemiya ilə mübarizənin 2-ci mərhələsindəyik.
Sağlamlıq
1317
15 May , 2020 17:15
TƏBİB: Gəncədə epidemiyanın qarşısını almaq mümkün olub
0 : 00
0 : 00

"Hazırda Azərbaycanda pandemiya ilə mübarizənin 2-ci mərhələsindəyik".

"Report" xəbər verir ki, bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

TƏBİB sədri bildirib ki, Gəncə şəhərində əks endimik tədbirlərin aparılması nəticəsində epidemiyanın qarşısını almaq mümkün olub: "Proses ardıcıl şəkildə davam etməlidir və insanlar arxayınlaşmamalıdır".

O qeyd edib ki, bir sıra bölgələrdə hələ də qaydalara məsuliyyətlə yanaşılmır: "Misal olaraq son günlər Yevlaxda 64 sakində virusa yoluxma faktı qeydə alınıb. Lənkəran da narıncı zonada qalır".

Son xəbərlər

Orphus sistemi