TƏBİB-dən sərt karantin günlərində dərman çatdırılması ilə bağlı açıqlama

TƏBİB-dən sərt karantin günlərində dərman çatdırılması ilə bağlı açıqlama “Sərt karantin günlərində fəaliyyət göstərəcək apteklərin sahiblərinə tövsiyə edirik ki, çatdırılmanı pulsuz həyata keçirsinlər”.
Sağlamlıq
735
11 İyun , 2020 17:55
TƏBİB-dən sərt karantin günlərində dərman çatdırılması ilə bağlı açıqlama
Report

“Sərt karantin günlərində fəaliyyət göstərəcək apteklərin sahiblərinə tövsiyə edirik ki, çatdırılmanı pulsuz həyata keçirsinlər”.

“Report” xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

TƏBİB rəsmisi bu haldan sui-istifadə edilməməsi üçün vətəndaşlara da müraciət edib: “Gündəlik istifadə olunan dərmanların tədarükünün əvvəlcədən görülməsi məsləhətdir. Yalnız həyati vacib hallarda apteklərdən dərman sifariş etmək lazımdır”.

Qeyd edək ki, sərtləşdirilmiş karantin rejiminin tətbiq edildiyi 9 şəhər və rayonda yalnız ünvana çatdırılma xidməti göstərməklə apteklərin fəaliyyətinə icazə verilib.

Fəaliyyət göstərəcək apteklərin qeyd olunan tarixlərdə işləyəcək əməkdaşlarının və onların avtomobillərinin hərəkətinə işəgötürən tərəfindən məlumatlar elektron imzadan istifadə edilməklə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol veriləcək.

Qeydiyyat bitdikdən sonra sərtləşdirilmiş karantin günlərində fəaliyyət göstərəcək apteklərin ünvanları, iş saatı və evə çatdırılma xidmətindən istifadə üçün telefon nömrələri barədə məlumat www.koronavirusinfo.az saytında yerləşdiriləcək.

Son xəbərlər

Orphus sistemi