TƏBİB-də koronavirusla bağlı "Qaynar xətt" fəaliyyətə başladı

TƏBİB-də koronavirusla bağlı "Qaynar xətt" fəaliyyətə başladı 15-42 nömrəli Qaynar xəttə səhhətində hər hansı dəyişiklik hiss edən şəxslər müraciət edə bilər. Qaynar xətt 24 saat vətəndaşların xidmətindədir.
Sağlamlıq
28 Fevral , 2020 18:29
TƏBİB-də koronavirusla bağlı Qaynar xətt fəaliyyətə başladı

"15-42 nömrəli "Qaynar xətt"ə səhhətində hər hansı dəyişiklik hiss edən şəxslər müraciət edə bilər. "Qaynar xətt" 24 saat vətəndaşların xidmətindədir".

"Report" xəbər verir ki, bu fikirləri TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva bildirib. 

O, sosial şəbəkələrdə Ağdaşda İrandan gələn Azərbaycan vətəndaşının ürəyinin getməsi ilə bağlı yayılan görüntülərin şayiə olduğunu deyib: "Həmin şəxs, doğrudan da, İranda işləyib qayıdan şəxs olub. Ağdaşa qayıdıb və orada da sırf yorğunluqdan huşunu itirib. Analizlər götürülüb və vəziyyəti stabildir".

Son xəbərlər

Orphus sistemi