Azərbaycanda xaricdən idxal olunan koronavirusa yoluxma halları 13,16 faizə bərabərdir.
"Report" xəbər verir ki, TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ölkədə yoluxma hallarının 52,1 faizi paytaxtda qeydə alınıb.