TƏBİB: 36 xəstə süni tənəffüs cihazına qoşulub

TƏBİB: 36 xəstə süni tənəffüs cihazına qoşulub Bu gün Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 558 test aparılıb. Ötən müddət ərzində aparılan testlərin sayı 475 525-ə çatıb.
Sağlamlıq
29 İyun , 2020 23:49
TƏBİB: 36 xəstə süni tənəffüs cihazına qoşulub

Bu gün Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 558 test aparılıb. Ötən müddət ərzində aparılan testlərin sayı 475 525-ə çatıb.

Bu barədə "Report"a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Hazırda müalicəsi davam etdirilən koronaviruslu xəstələrin sayı 7 393-ə bərabərdir. Xəstələrdən 213 nəfəri reanimasiyadadır ki, onlardan da 36-sı süni tənəffüs cihazına qoşulub.

Xatırladaq ki, iyunun 29-da Azərbaycanda koronavirus infeksiyasına daha 544 yoluxma faktı qeydə alınıb, 343 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış səkkiz nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 16 968 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 9 369 nəfər müalicə olunaraq sağalıb, 206 nəfər vəfat edib.

Son xəbərlər

Orphus sistemi