Suraxanıda alkoqolsuz içkilərin istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb

Suraxanıda alkoqolsuz içkilərin istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Suraxanı rayonu, Aşıq Pəri 303A ünvanında fəaliyyət göstərən fiziki şəxs İbrahimov Əlif Lətif oğluna məxsus alkoqolsuz içkilərin istehsalı müəssisəsinə baxış keçirib.
Sağlamlıq
13 Dekabr , 2021 16:15
Suraxanıda alkoqolsuz içkilərin istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Suraxanı rayonu, Aşıq Pəri 303A ünvanında fəaliyyət göstərən fiziki şəxs İbrahimov Əlif Lətif oğluna məxsus alkoqolsuz içkilərin istehsalı müəssisəsinə baxış keçirib.

AQTA-dan "Report"a verilən məlumata görə, yoxlama zamanı müəssisədə sanitar-texniki və sanitar-gigiyenik qaydalara, eləcə də qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi aşkarlanıb.

Belə ki, müəssisədə istehsal olunan “Good Life” əmtəə nişanlı şaftalı şirəsi tərkibli meyvə içkisinin etiket məlumatlarında istehsalda şaftalı püresinin istifadə olunduğu göstərilsə də, faktiki istehsal prosesində alma püresi və şaftalı aromatizatorundan istifadə edildiyi, xammalların və hazır məhsulların saxlama rejimlərinə riayət edilmədən saxlanıldığı, istehsal və yardımçı sahələrin girişində dezbaryerlərin quraşdırılmadığı, çalışan işçi heyətin müvafiq iş geyimləri ilə təmin olunmadığı, həmçinin dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı müəyyən edilib. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaq.

Son xəbərlər

Orphus sistemi