Sumqayıt Tibb Mərkəzi 120-dən çox vətəndaşı oftalmoloji müayinədən keçirib

Sumqayıt Tibb Mərkəzi 120-dən çox vətəndaşı oftalmoloji müayinədən keçirib TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzi (STM) görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tibbi aksiya keçirib.
Sağlamlıq
28 Aprel , 2023 22:44
Sumqayıt Tibb Mərkəzi 120-dən çox vətəndaşı oftalmoloji müayinədən keçirib

TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzi (STM) görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tibbi aksiya keçirib.

“Report”un yerli bürosunun məlumatına görə, Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasının Göz şöbəsində təşkil olunan tibbi aksiyada 120-dən çox şəhər sakini oftalmoloji müayinələrdən keçib.

Aparılan müayinələrdən sonra gözlərində problem müşahidə olunan şəxslərə qoyulan diaqnoza uyğun müvafiq tibbi təyinat yazılıb.

Aksiyanın keçirilməsində məqsəd onların səhhətləri ilə bağlı problemlərin həll olunmasına kömək göstərmək, eyni zamanda göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri müzakirə etmək və həll etməkdir.

Son xəbərlər

Orphus sistemi