Baş həkim: “Soyuq aylarda uşaqlar arasında daha çox pnevmoniya xəstəliyinə rast gəlinir”

Baş həkim: “Soyuq aylarda uşaqlar arasında daha çox pnevmoniya xəstəliyinə rast gəlinir” Azər Xudiyev: "Kimyəvi tərkibli dərman preparatlarına üstünlük verilməsi məsləhət deyil"
Sağlamlıq
2 noyabr 2016 13:01
Baş həkim: “Soyuq aylarda uşaqlar arasında daha çox pnevmoniya xəstəliyinə rast gəlinir”

Bakı. 2 noyabr. REPORT.AZ/ “Payız və qış mövsümündə havaların qeyri-sabit keçməsi kəskin respirator xəstəliklərin artmasına səbəb olur”.

"Report" xəbər verir ki, bunu Ə.F.Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasının baş həkimi Azər Xudiyev deyib.

O qeyd edib ki, bu tip xəstəliklərin müalicəsinin vaxtında aparılmaması bronxit və pnevmoniya ilə (sətəlcəm) nəticələnir. 

A.Xudiyevin sözlərinə görə, soyuq aylarda uşaqlarda daha çox pnevmoniya xəstəliyinə rast gəlinir: “Ümumilikdə valideynlər övladlarının sağlamlığına, immunitetlərinin artırılmasına diqqət etməli, eləcə də xəstə olan zaman uşaqları ümumi kollektivlərə buraxmamalı, qoruyucu maskalardan istifadə etməlidirlər”.

Yolxucu xəstəliklərə gəlincə, baş həkim vurğulayıb ki, payız-qış mövsümündə uşaqlar arasında mədə-bağırsaq infeksiyalarına yoluxma halları da müşahidə olunur: "Belə xəstələrdə ishal və qusma olur. Xəstəliklərin ağırlaşmasının qarşısını almaq üçün ilk növbədə valideynlər ərazi poliklinikasına və sahə pediatrına müraciət edilməlidir. Kimyəvi tərkibli dərman preparatlarına üstünlük verilməsi məsləhət deyil”. 

Son xəbərlər

Orphus sistemi