Azərbaycanda son sutkada 31 nəfər COVID-19-dan vəfat edib

Azərbaycanda son sutkada 31 nəfər COVID-19-dan vəfat edib Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2981 yeni yoluxma faktı qeydə alınıb, 1226 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Sağlamlıq
30 Noyabr , 2020 17:27
Azərbaycanda son sutkada 31 nəfər COVID-19-dan vəfat edib
0 : 00
0 : 00

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 981 yeni yoluxma faktı qeydə alınıb, 1 226 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Report"a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib.

Hazırkı dövrədək Azərbaycanda 121 176 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 74 902 nəfər müalicə olunaraq sağalıb, 1 392 nəfər vəfat edib. Aktiv xəstə sayı 44 882 nəfərdir.

Ötən müddət ərzində 1 728 577 test aparılıb. Bugünkü test sayı isə 10 342-dir.

Son xəbərlər

Orphus sistemi