Yay depressiyasından necə xilas olmaq mümkündür?

Yay depressiyasından necə xilas olmaq mümkündür? "Yay depressiyası son illər tez-tez rastlanan bir xəstəlikdir, lakin qış depressiyası ilə müqayisədə daha azdır".
Sağlamlıq
6 İyul , 2022 16:44
Yay depressiyasından necə xilas olmaq mümkündür?

"Yay depressiyası son illər tez-tez rastlanan bir xəstəlikdir, lakin qış depressiyası ilə müqayisədə daha azdır".

Bunu “Report”a açıqlamasında psixoloq Könül Babayeva bildirib.

Onun sözlərinə görə, depressiyanın əsas səbəbi sutkanın ritmlərinin dəyişməsi, gündüzün uzanması və gecənin qısalması ilə bağlıdır:

"Yay depressiyasının digər səbəbləri stress və keçmişdə yay zamanı yaşanan travma da ola bilər. Bu zaman stressin artması təbiidir. Ona görə də Günəş altında az vaxt keçirmək lazımdır. Buna səbəb (günün altında insan bədəni çox su itirir və bu da yorğunluğa, bədbinliyə) gətirib çıxarır. Bundan başqa, yayda fiziki aktivliyi artırmaq lazımdır. Zamanında yatıb yuxunu almaq vacibdir. İnsan əgər bütün bunları edir lakin buna rəğmən özünü pis hiss edirsə, mütəxəssisə müraicət edə bilər. Bəzi hallarda yay depressiyaları özü ilə birlikdə xəstəlik də gətirir və bu kimi hallarda həkimə müraciət etmək mütləqdir".

Bakı Dövlət Universitetinin (BDU) müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Müşviq Mustafayev isə "Report"a açıqlamasında deyib ki, depressiya çox zaman mövsüm dəyişikliyi zamanı, yaz və payız aylarında özünü büruzə verir.

Onun sözlərinə görə, depressiya ruhun soyuqdəyməsidir və hər kəs depressiyaya düşə bilər. Psixoloq bildirib ki, əsas məsələ depressiyadan rahatlıqla qurtulmaqdır.

M.Mustafayevin sözlərinə görə, depressiyaya düşən insanda bir sıra əlamətlər özünü büruzə verir: “Onlarda əhval-ruhiyyə aşağı düşür, zövq aldığı işlərdən artıq zövq almamağa başlayır. Bununla yanaşı iştahı azalır, yuxu rejimi pozulur”.

Psixoloq həmçinin vurğulayıb ki, depressiv vəziyyətdən çıxmağın müxtəlif yolları var: “İlk olaraq düşüncələrə nəzarət etmək önəmlidir. Pessimist fikirlərdən uzaq olmaq və pozitiv düşünmək lazımdır. Gələcək haqqında böyük planlar quraraq bu müddəti asanlıqla keçirmək olar. Bununla yanaşı məkanı da dəyişmək məqsədəuyğundur. Çox gəzmək və spirtli içkilərdən uzaq dayanmaq vacibdir. Çalışmaq lazımdır ki, özümüzü motivasiya edək".

Son xəbərlər

Orphus sistemi