Son 10 ildə Azərbaycanda aclıq çəkənlərin sayı azalıb

Son 10 ildə Azərbaycanda aclıq çəkənlərin sayı azalıb Region ölkələri arasında ən yaxşı göstərici Türkiyədədir
Sağlamlıq
1397
16 Yanvar , 2016 10:51
Son 10 ildə Azərbaycanda aclıq çəkənlərin sayı azalıb

Bakı. 16 yanvar. REPORT.AZ/ Azərbaycan əhalisinin aclıqla mübarizə məsələsində əhəmiyyətli addımlar atıb.

"Report" xəbər verir ki, bu barədə "Global Hunger Index"in (Qlobal Aclıq İndeksi) illik hesabatında məlumat verilir.

Məlumata görə, Azərbaycanın indeksi 10 bal təşkil edir (ümumi əhalinin 1,7%-i). Bu göstərici ilə ölkəmiz ölkə əhalisinin aclıq dərəcəsinə görə orta səviyyəyə malikdir.

Eyni zamanda, 2005-ci ilin göstəricisi ilə müqayisədə ölkəmiz göstəricisini 6,7 bal yaxşılaşdırıb. Azərbaycan həmçinin uşaqların qidalanması və uşaq ölümü göstəricilərini də yaxşılaşdırıb.

Region ölkələri arasında ən yaxşı göstərici Türkiyədədir - 5,1 bal. İran 6,8, Gürcüstan isə 8,5 balla sonrakı sıralarda qərarlaşıb. Ermənistanda bu göstərici 11,2 bal (əhalinin 5,8%-i) təşkil edir. Eyni zamanda bu ölkədə inkişafdan qalmış uşaqların səviyyəsi 18,2 faizdən 20,8 faizə qədər artıb.

Bu İndeksdə ən pis göstəricilər Afrika ölkələrindədir: Çad (46,4%), Mərkəzi Afrika Respublikası (46,9%), Zambiya (41,1%).

Son xəbərlər

Orphus sistemi