Şokoladın insan həyatı üçün zərərli cəhətləri açıqlandı

Şokoladın insan həyatı üçün zərərli cəhətləri açıqlandı Rusiyanın tanınmış həkim dietoloqu Yelena Solomatin hansı şokoladların, konfetləri insan həyatı üçün təhlükəli ola bilməsindən danışıb.
Sağlamlıq
2368
2 Yanvar , 2021 07:57
Şokoladın insan həyatı üçün zərərli cəhətləri açıqlandı

Rusiyanın tanınmış həkim dietoloqu Yelena Solomatina hansı şokoladların, konfetlərin insan həyatı üçün təhlükəli ola bilməsindən danışıb.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, o, kakao yağı əvəzedicilərinin "kimyəvi bomba" məhsuluna çevrilə bilməsini vurğulayıb.

Mütəxəssis həmçinin qeyd edib ki, trans-yağlı şirniyyatları almaq lazım deyil, çünki palma yağı orqanizm tərəfindən pis mənimsənilir. Bütovlükdə böyük miqdarda şokolad qaraciyəri çox yükləyir. Şokolad damar xəstəliklərinin inkişafına, ateroskleroza səbəb ola bilər, həmçinin qan laxtalanmalarının yaranmasına yol açar.

Dietoloq təbii tərkibli tünd şokolada üstünlük verməyi məsləhət görüb.

Bununla birlikdə mütəxəssis vurğulayıb ki, şokolad çox yaxşı məhsuldur, insan orqanizmində mübadilə proseslərini nizama salır. Onun tərkibində böyük miqdarda antioksidləşdirici var və immunitetin müdafiəsinə kömək edir. Bundan başqa, şokolad dofaminin, endorfinlərin və serotonun hazırlanmasına imkan yaradır.

Şirniyyatlardan normal istifadə etmək lazımdır. Hər bir insana gün ərzində yalnız 10 qram şokolad yeyə bilər. Uşaqlar üçün norma bundan iki-üç dəfə azdır.

Son xəbərlər

Orphus sistemi