Şöbə müdiri: "Azərbaycanda bu il sirkə turşusundan 237 nəfər zəhərlənib"

Şöbə müdiri: "Azərbaycanda bu il sirkə turşusundan 237 nəfər zəhərlənib" Bakı. 15 dekabr. REPORT.AZ/ Azərbaycanda bu il sirkə turşusundan 237 nəfər zəhərlənib.
Sağlamlıq
15 Dekabr , 2017 13:53
Şöbə müdiri: Azərbaycanda bu il sirkə turşusundan 237 nəfər zəhərlənib

Bakı. 15 dekabr. REPORT.AZ/ Azərbaycanda bu il sirkə turşusundan 237 nəfər zəhərlənib.

"Report" xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

Onun sözlərinə görə, bu il sirkə turşusundan zəhərlənənlərdən 1 nəfər ölüb.

Şöbə müdiri qeyd edib ki, bu il ölkədə 89 nəfər spirtli içkidən zəhərlənib: "Ötən il spirtli içkidən zəhərlənənlərin sayı bu il ilə müqayisədə daha çox olub. Belə ki, keçən il 108 nəfər spirtli içkidən zəhərlənmişdirsə, bu il müraciətlərin sayı olduqca azalıb."

A.Maqsudov bildirib ki, spirtli içkilərdən zəhərlənən insanlar arasında ölüm halı qeydə alınmayıb: "Bu il dərmandan zəhərlənmə ilə bağlı 1100 müraciət daxil olub, onlardan 602 nəfəri şöbəyə qəbul olunub. Ölüm halı isə olmayıb. Zəhərlənmənin əsas səbəbləri isə həkim təyinatı olmadan qəbul edilən dərman preparatları, yüksək doza və ard-arda qəbul edilən dərmanlardır. Nəticədə isə ağır zəhərlənmə halları baş verir. Xəstələrə həkim müayinəsi olmadan və resept təyin edilmədən dərman qəbul etməsini məsləhət görmürük."

Son xəbərlər

Orphus sistemi