Siyəzəndə doğuş zamanı baş verən ana ölümünün ilkin səbəbi açıqlanıb

Siyəzəndə doğuş zamanı baş verən ana ölümünün ilkin səbəbi açıqlanıb Bakı. 12 iyun. REPORT.AZ/ Siyəzən rayonunda doğuş zamanı baş verən ana ölümünün ilkin səbəbi açıqlanıb.
Sağlamlıq
742
12 İyun , 2018 09:36
Siyəzəndə doğuş zamanı baş verən ana ölümünün ilkin səbəbi açıqlanıb
0 : 00
0 : 00

Bakı. 12 iyun. REPORT.AZ/ Siyəzən rayonunda doğuş zamanı baş verən ana ölümünün ilkin səbəbi açıqlanıb.

Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, baş mama-ginekoloq Sevinc Məmmədova “Report”a açıqlamasında deyib ki, hamilə qadın Aytən Qasımova xəstəxanada həkim nəzarətində olub.

S.Məmmədova bildirib ki, mərhum A.Qasımova planlı şəkildə qeysəriyyə əməliyyatı olunub: “Əməliyyatdan sonrakı dövrdə həmin kəsiyin yeri ağrayanda protokola əsasən ona ağrıkəsici vurulub. Bu zaman xəstənin orqanizmi ağrıkəsiciyə reaksiya verib və dünyasını dəyişib”.

Komissiya sədri qeyd edib ki, ölümün dəqiq səbəbləri aparılan müayinələrdən sonra məlum olacaq.

Qeyd edək ki, faktla bağlı Siyəzən Rayon Prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi