​Silahlı Qüvvələrdə qana tələbatın olması barədə məlumatlara aydınlıq gətirilib

​Silahlı Qüvvələrdə qana tələbatın olması barədə məlumatlara aydınlıq gətirilib Hadisələr barədə ancaq rəsmi məlumatlardan istifadə etmək daha məqsədəuyğundur
Sağlamlıq
4 Aprel , 2016 14:22
​Silahlı Qüvvələrdə qana tələbatın olması barədə məlumatlara aydınlıq gətirilib

Bakı. 4 aprel. REPORT.AZ/ Azərbaycan Silahlı Qüvvələrində qan və qan komponentlərinə olan tələbat Baş Klinik Hospitalın Qan Bankı bölməsi tərəfindən tam təmin edilir.

“Report”un xəbərinə görə, bu barədə məlumat verən hospitalın Qan Bankı bölməsinin rəisi, tibb xidməti polkovnik-leytenantı Kazım Quliyev bildirib ki, hazırda bütün qan və qan komponentləri Qan Bankı bölməsində var. Lazım olan vasitələrlə təmin etmək üçün bölmə hər zaman olduğu kimi 24 saat fasiləsiz fəaliyyət göstərir: “Ümumiyyətlə, Silahlı Qüvvələrdə bölmələrimiz bütün təminat növləri ilə tam təmin olunub, bu məsələlərlə bağlı narahatçılığa heç bir əsas yoxdur”.

Müdafiə Nazirliyi bir daha xatırladır ki, baş verən hər bir hadisə ilə bağlı nazirliyin rəsmi internet səhifəsində mütəmadi olaraq məlumatlar yerləşdirilir. Hadisələr barədə ancaq rəsmi məlumatlardan istifadə etmək daha məqsədəuyğundur.

Son xəbərlər

Orphus sistemi