Şəmkirdə istehlaka yararsız ət aşkarlanıb

Şəmkirdə istehlaka yararsız ət aşkarlanıb Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) daxil olan məlumat əsasında Şəmkir rayonu, Sabirkənd kəndində fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrinə baxış keçirən zaman Əliyev Nurlan Məhəmməd oğluna məxsus mağazada satışa çıxarılan ət
Sağlamlıq
20 İyun , 2022 17:10
Şəmkirdə istehlaka yararsız ət aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) daxil olan məlumat əsasında Şəmkir rayonu, Sabirkənd kəndində fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrinə baxış keçirən zaman Əliyev Nurlan Məhəmməd oğluna məxsus mağazada satışa çıxarılan ətin rənginin qara, kəskin qoxulu və istehlaka yararsız olduğu müəyyən olunub.

AQTA-dan "Report"a verilən məlumata görə, həmçinin mağazanın qarşısında 57-CD-617 dövlət nömrə nişanlı “Qazel” markalı avtomobilin yük yerində istehlaka yararsız ət aşkar olunub.

Müayinələrin aparılması üçün nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun müvafiq laboratoriyasına təqdim olunub. 75 kq rəngi qara, kəskin qoxuya malik ət isə məhv edilib. Araşdırmalar davam etdirilir.

Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.

Son xəbərlər

Orphus sistemi